ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda raket buraxıcı qurğunu məhv etdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat yayıb.
Bildirilib ki, “İMQ İsrailin şimalındakı yaşayış məntəqələrinə birbaşa təhlükənin qarşısını almaq məqsədilə gecə saatlarında Livanın cənubunda yerləşən, yüklü və atəşə hazır vəziyyətdə olan raket buraxıcısını vurub. Sözügedən qurğu həm hərbçilər, həm də mülki əhali üçün dərhal təhlükə yaradırdı və zərbə bu riski aradan qaldırmaq üçün endirilib”.
Qurumdan qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri ölkənin mülki şəxsləri və hərbçiləri üçün yarana biləcək istənilən təhlükənin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.