Hizbullah, İsrail ordusunun atəşkəsi pozduğunu bildirərək Livanın cənubunda İsrail hərbi konvoyunu hədəfə aldığını açıqlayıb. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, Taybe istiqamətindən Deyr Siryanın Sala bölgəsinə irəliləyən 8 zirehli texnikadan ibarət konvoy əvvəlcədən yerləşdirilmiş partlayıcı ilə vurulub. Hücumun iki mərhələdə həyata keçirildiyi və 4 “Merkava” tankının məhv edildiyi iddia olunur. İsrail ordusu bu iddialara hələlik münasibət bildirməyib. Xatırladaq ki, tərəflər arasında 10 günlük müvəqqəti atəşkəs aprelin 17-də qüvvəyə minib.