Bakı. Trend:
ADA Universitetinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinindəstəyi, habelə “Baku Education Information Center” və “UltraTechnologies” şirkətlərinin tərəfdaşlığı ilə VIII-IX sinifşagirdləri arasında Akademik Məqsədlər üçün 8-ci İngilis DiliOlimpiadasına start verilib.
Universitetdən Trend-ə verilən məlumata görə, olimpiadanın əsasməqsədi məktəblilərin akademik ingilis dili biliklərini beynəlxalqmeyarlar əsasında qiymətləndirmək və onları bu istiqamətdə daha dainkişaf etməyə təşviq etməkdir.
Geniş marağa səbəb olan müsabiqənin birinci mərhələsindərespublika üzrə ümumilikdə 1995 şagird iştirak edib. Bilik yarışıölkənin müxtəlif bölgələrini əhatə etməklə ADA Universitetinin Bakıkampusunda 1444 nəfər, Gəncə şəhəri 24 nömrəli məktəbdə 342 nəfər,Lənkəran şəhəri Haftoni orta məktəbdə 129 nəfər və Naxçıvan MuxtarRespublikasındakı 8 nömrəli məktəbdə 80 nəfərin iştirakı ilə baştutub.
İmtahan zamanı şagirdlər 80 dəqiqə ərzində ingilis dilininqrammatikası və oxu bacarıqlarını ölçən 50 yazılı sualıcavablandırıblar. Olimpiada çərçivəsində, həmçinin valideynlər üçünBakıda xüsusi məlumat sessiyası təşkil olunub və onlara ADA İbtidaivə Orta Məktəbində təhsil imkanları barədə ətraflı informasiyaverilib. Birinci mərhələdə yüksək bal toplayaraq uğur qazananşagirdlər aprelin 25-də ADA Universitetində keçiriləcək ikinci —dinləmə və yazı mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələni dəuğurla tamamlayan iştirakçılar finalda şifahi nitq bacarıqlarınınümayiş etdirmək üçün dəvət olunacaqlar.
Olimpiadanın sonunda birinci yerin sahibi “Baku EducationInformation Center” və “ADA Universitetinin dəstəyi ilə BöyükBritaniyada keçiriləcək Qlobal Gənc Liderlər (QGL) proqramındaiştirak etmək imkanı əldə edəcək.
İkinci və üçüncü yerləri tutan şagirdlər HP dizustükompyuterlerlə mükafatlandırılacaqlar.
Bundan əlavə, yüksək nəticə göstərən ilk 300 şagird sertifikatlatəltif olunacaq.