AZ

“Titanik”in xilasedici jileti rekord qiymətə satıldı

Müəllif:Mehin Qasımova,Banco.az

Dünya tarixinin ən ikonik faciələrindən biri olan Titanik faciəsinin xatirələri öz dəyərini qoruyub saxlamağa davam edir. 1912-ci ildə aysberqə çırpıldıqdan sonra batan "batmaz" gəmidən xilas edilən nadir əşyalar, İngiltərədə keçirilən  hərracda rekord qiymətə yeni sahiblərini tapdı.

Banco.az xəbər verir ki, Henry Aldridge & Son tərəfindən keçirilən hərracda qəza zamanı insanların həyatını xilas edən xilasetmə jileti 906 min dollara satılıb. Sərnişin Laura Mabel Francatelliyə məxsus bu unikal əşya sadəcə xilasetmə avadanlığı deyil, həm də tarixi sənəddir. Xilasetmə jiletində Francatelli ilə eyni xilasetmə qayığında olan digər sağ qalanların imzaları var.

Hərracda təkcə xilasetmə jiletləri deyil, həm də gəminin xilasetmə qayıqlarından birinin oturacaq yastığı böyük maraq doğurub. Həmin yastıq  təxminən 527 min dollara satılıb. Hərracçı Endryu Oldric bildirib ki, bu yüksək qiymətlər Titanik hekayəsinə qlobal marağı və həyatını itirənlərə olan hörməti əks etdirir.

Xilasetmə jileti rekord qiymətə satılsa da, Titanik tarixinin ən bahalı əşyası adı hələ də qızıl saata məxsusdur. 2024-cü ildə keçirilən hərracda 700 nəfəri xilas edən RMS Carpathia kapitanına hədiyyə edilən qızıl cib saatı təxminən 2 milyon dollara satılıb.

Seçilən
10
1
banco.az

2Mənbələr