AZ

Bolqarıstanda siyasi xəritə dəyişir: Seçkilərdə elə şeylər baş verdi ki...

Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində siyasi mənzərə tamamilə dəyişib. Eks-prezident Rumen Radevin rəhbərlik etdiyi qüvvələr rəqiblərinə böyük üstünlüklə qalib gəlib.

Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının protokolların 68,34%-nin emalından sonra açıqladığı rəsmi nəticələr ölkədə böyük səs-küyə səbəb olub.

Son məlumatlara görə, Rumen Radevin "Proqressiv Bolqarıstan" koalisiyası 44,48% səs toplayaraq inanılmaz bir fərqlə liderliyə yüksəlib. Bu nəticə rəqib bloklar üçün gözlənilməz zərbə hesab olunur.

Seçkilərdə digər yerlər belə bölünüb: "Dəyişikliklərə davam" və "Demokratik Bolqarıstan" bloku - 14,002%; GERB və Demokratik Qüvvələr İttifaqı - 13,104%.

Siyahıda növbəti yerlərdə "Haqq və Azadlıqlar Hərəkatı" və "Dirçəliş" partiyası qərarlaşıb.

Seçilən
16
publika.az

1Mənbələr