AZ

İsa nı baltaladılar...

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrail ordusu tərəfindən işğal edilmiş Livanın cənubundakı Deyr Saryan bölgəsində qeydə alınan görüntülər dünyanın diqqətini çəkib. 

"Unikal" xəbər verir ki, şəhəri ələ keçirən İsrail əsgərləri İsa peyğəmbərin heykəlini balta ilə dağıdıblar.  Hadisəni əks etdirən görüntü tezliklə yayılıb və beynəlxalq ictimaiyyətdə ajiotaj yaradıb. 

İsrail Ordusunun sözçüsü Nadav Şoşani məsələ ilə bağlı verdiyi açıqlamada videonun araşdırıldığını bildirib. Şoşani əlavə edib ki, hadisə hərtərəfli və ətraflı araşdırılacaq.

Xatırladaq ki, İsrail ordusu 2 martda Livana qarşı intensiv hava hücumları həyata keçirib və ölkənin cənubundakı bir neçə şəhəri işğal edib. Livan və İsrail arasında 10 günlük müvəqqəti atəşkəs 17 apreldə qüvvəyə minib. Lakin İsrailin Baş naziri Binyamin Netanyahu atəşkəsə baxmayaraq, cənubdakı işğal olunmuş ərazilərdə qalacaqlarını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
unikal.az

1Mənbələr