AZ

Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü

Moskva vilayətində yerləşən Mıtişi şəhərində baş verən faciə nəticəsində gənc ailə həyatını itirib.

Publika.az Ajans.az-a istinadla xəbər verir ki, Mıtişi “Fest” Teatrının 28 yaşlı aktyoru Vladislav Benqraf və həmin teatrın makiyaj şöbəsinin 23 yaşlı rəhbəri, onun həyat yoldaşı Yevgeniya mənzillərində baş verən qanlı münaqişə zamanı ölüblər.

Moskva Vilayət Prokurorluğunun məlumatına görə, hadisə aprelin 19-na keçən gecə baş verib. İlkin məlumata əsasən, mübahisə qadının boşanmaq üçün ərizə vermək niyyəti səbəbindən yaranıb.

Sözlü münaqişə qısa müddətdə bıçaqlı davaya çevrilib. Bildirilir ki, kişi həyat yoldaşının boyun və sinə nahiyəsinə bir neçə zərbə endirib. İstintaqın versiyasına görə, qadın özünü müdafiə etmək üçün bıçaq götürüb. Nəticədə hər iki tərəf ağır yaralanıb və təcili yardım gələnə qədər hadisə yerində ölüb.

Qonşular mənzildən gələn səs-küy və qışqırıqları eşitdikdən sonra hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Seçilən
17
8
publika.az

10Mənbələr