AZ

Salah Cerrardın rekordunu təkrarladı

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 33-cü turunda “Everton”la keçirilən matçda növbəti qoluna imza atıb.

Msport.az xəbər verir ki, bu qol sayəsində 33 yaşlı forvard “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rekorduna şərik olub.

Hər iki futbolçu Mersisayd derbiləri tarixində “Everton”un qapısına 9s dəfə yol tapmağı bacarıb.

Bu, misirli vingerin karyerasında sonuncu “Liverpul” derbisidir. Belə ki, təcrübəli oyunçu mövsümün sonunda komandadan ayrılacağını artıq rəsmən elan edib.

Qeyd edək ki, Salah 2017-ci ildən bəri “Liverpul” forması ilə çıxış etdiyi 439 rəsmi matçda 257 qol vurub və 122 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
7
1
msport.az

2Mənbələr