AZ

“Azərpoçt”un rəhbəri vəzifəsindən getdi: Yeni təyinat-FOTO

“Azərpoçt”un rəhbəri vəzifəsindən getdi: Yeni təyinat-FOTO

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.

AFN.az “Report”a istinadən xəbər verir ki, o, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Bildirilib ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021-2022-ci illərdə “Azərpoçt”un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İdarə Heyətinin üzvü olub.

***

APA-nın məlumatına görə, “Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsi Manaf Babayevə həvalə edilib.

Qeyd edək ki, M. Babayev bundan öncə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) baş maliyyə direktorunun müavini olaraq çalışıb.

Fotoda: Manaf Babayev

Seçilən
25
7
afn.az

10Mənbələr