AZ

Orta Dəhlizin aktuallığı artıb

ABŞ ilə İran arasındakı hərbi münaqişə Azərbaycan ərazisindən keçən Orta Dəhlizin beynəlxalq əhəmiyyətini bir daha açıq-aşkar göstərdi.

AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdəki toqquşmalar Avropa və Türkiyədən İran ərazisi ilə Mərkəzi Asiyaya yük göndərilməsini mümkünsüz edib.

Cənub dəhlizi təhlükəli olduğu üçün yüklər Orta Dəhlizi ilə göndərilir ki, bu da Bakı Beynəlxalq Ticarət Limanında yükaşırma həcmini dəfələrlə artırıb. Bəzən keçid gözləyən nəqliyyat vasitələrinin sayı 1000-i keçir. Hazırda 1400-dən çox nəqliyyat vasitəsi liman ərazisində keçid gözləyir ki, onlardan da 535 yük maşını Qazaxıstana, 928-i isə Türkmənistana yola salınacaq. Tacikistana və Qırğızıstana ixrac olunan yüklər də Bakı limanı vasitəsilə Mərkəzi Asiyaya göndərilir.

Orta Dəhliz Çin və Avropa arasında qısa, təhlükəsiz və dayanıqlı alternativ marşrut kimi geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. 2030-cu ilə qədər yükaşırma həcminin 3 dəfə artırılması və daşınma müddətinin 2 dəfə azalması gözlənilir ki, bu da regionun logistik rolunu gücləndirir. Şimal və Cənub dəhlizlərinə nisbətdə Orta Dəhliz daha az siyasi risk daşıyır və Çindən Avropaya qısa yoldur. Orta Dəhliz beynəlxalq iqtisadi və ticarət əlaqələrini artırır, 1 trilyon dollardan çox ümumu daxili məhsula (ÜDM) malik olan türk dövlətlərini birləşdirir və Çin ilə Avropa arasında ticarəti asanlaşdırır. Dəhlizin strateji coğrafi mövqeyi ondan ibarətdir ki, Azərbaycanı Avrasiyanın əsas logistik həlqələrindən birinə çevirir və regionda nəqliyyat infrastrukturunun inkişafını stimullaşdırır.

Seçilən
0
3
azerbaijan-news.az

4Mənbələr