AZ

ABŞ-nin İran gəmisini saxlaması atəşkəs rejiminin pozulması kimi qiymətləndirilib – ÖZƏL

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ hərbçilərinin İran bayrağı altında üzən gəmini ələ keçirməsini təcavüz aktı və atəşkəs rejiminin pozulması adlandırıb. 

Olaylar.az xəbər verir ki, "Tasnim" agentliyinin məlumatına görə, Bəqai Vaşinqtonun bu addımlarla diplomatik öhdəliklərinə zidd davrandığını və ziddiyyətli siyasət yürütdüyünü bildirib. O, ABŞ-nin dəniz blokadası cəhdlərinin və Livanla bağlı müdaxilələrinin BMT qətnamələrinə əsasən "təcavüz" hesab edildiyini vurğulayıb. Rəsmi Tehran bu hadisənin ölkələr arasındakı etibarsızlığı daha da artırdığını və gələcək danışıqlarla bağlı qərarların İranın milli maraqlarına uyğun veriləcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
50
olaylar.az

10Mənbələr