AZ

“Yaşıl iqtisadiyyata” keçid dövlət siyasətinin ayrılmaz hissəsidir

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Yaşıl iqtisadiyyata” keçid, regionların tarazlı inkişafı üçün şərait yaratmaq, investisiyaların cəlb edilməsi və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi üzrə dövlət siyasətinin ayrılmaz hissəsidir.Newscenter.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunları prezident Sadir Japarov deyib. Dövlət başçısı diqqətə çatdırıb ki, hazırda respublika üzrə 50 kiçik su elektrik stansiyası tikilir:"Bu ilin iş planına onlardan 13-nün tikintisi və istismara verilməsi daxildir. Bu, regionlarda elektrik təchizatının keyfiyyətini yaxşılaşdıracaq, yeni iş yerləri yaradacaq və yerli büdcələrin gəlirlərini artıracaq”.Dövlət başçısı əlavə edib ki, bərpa olunan enerji mənbələrindən geniş istifadə etməklə Qırğızıstan beynəlxalq ekoloji öhdəliklərini yerinə yetirə və “yaşıl inkişaf” siyasətini həyata keçirə biləcək.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
newscenter.az

2Mənbələr