AZ

Luis Enrike: Daha rəqabətli liqa istəyirdiniz? Budur!

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

PSJ-nin baş məşqçisi Luis Enrike "Lion"a 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra maraqlı açıqlamalar verib. Sport24.az xəbər verir ki, ispan mütəxəssis həm oyunu, həm də Liqa 1-dəki gərgin çempionluq mübarizəsini dəyərləndirib:"Matçın analizi çox sadədir. Matça yaxşı başladıq, oyuna nəzarət etməyə çalışdıq, amma ilk iki fürsətdə iki qol buraxdıq. Bundan sonra işimiz çətinləşdi. 23 zərbə vurduq, amma yalnız son dəqiqələrdə fərqlənə bildik, bir penaltini də qaçırdıq. Dinamikanı dəyişməyə çalışdıq, lakin alınmadı. "Lion" isə yüksək səviyyəli oyun göstərdi. Onları təbrik etmək lazımdır".O, Liqa 1-dəki sıx turnir cədvəlinə də toxunub:"Lans" bir xalla geridədir, bu pis xəbərdirmi? Bilmirəm, vəziyyət budur. Daha rəqabətli liqa istəyirdiniz? Buyurun. "Lans" çox yaxşı mövsüm keçirir və çempionluq mübarizəsi son tura qədər davam edəcək".Enrike həmçinin heyətdə rotasiyalara məcbur olduqlarını vurğulayıb:"Altı dəyişiklik etdik və bunu davam etdirəcəyik, çünki qarşıda çox oyun var".Matçda zədə alan Vitinya barədə isə məşqçi ehtiyatlı danışıb:"Heç bir yaxşı xəbər yoxdur. Fasilədən əvvəl belə bir itki xoş deyil. Testlərdən sonra vəziyyəti daha dəqiq biləcəyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sport24.az

1Mənbələr