AZ

Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: "InvestAZ" mütəxəssislərindən master-klas (FOTO)

Bakı. Trend:

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetməfakültəsində tələbələrin praktiki biliklərinin artırılması vəmaliyyə bazarları ilə yaxından tanışlığı məqsədilə “Müasir yatırımimkanları” mövzusunda genişmiqyaslı master-klas təşkil olunub.Tədbir iqtisadiyyatın müasir trendlərini izləmək və gəncmütəxəssislərin maliyyə savadlılığını yüksəltmək baxımından böyükmaraqla qarşılanıb.

Master-klas çərçivəsində ilk olaraq “InvestAZ İnvestisiyaŞirkəti” QSC-nin Tədris və Analitika departamentinin başmütəxəssisi, PhD Rövşən Məmmədov çıxış edib. O, “Birjada qiymətindüşməsindən necə qazanmaq olar?” mövzusuna toxunaraq, maliyyəbazarlarının təkcə artım deyil, həm də eniş trendlərində təqdimetdiyi imkanları izah edib. R.Məmmədov risklərin idarə olunması,müasir investisiya strategiyaları və birja əməliyyatlarınıntexniki-fundamental əsasları barədə ətraflı məlumat verərək, realbazar nümunələri ilə fikirlərini əsaslandırıb.

Daha sonra “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin satış üzrə2-ci dərəcəli meneceri Rəşad Mustafayev “Rəqəmsal aktivlər:kriptovalyutanın iqtisadi və texnoloji əsasları” mövzusundatəqdimatla çıxış edib. Təqdimatda rəqəmsal aktivlərin iqtisadimahiyyəti, blokçeyn texnologiyasının yaratdığı yeni perspektivlərvə kriptovalyuta bazarının özünəməxsus xüsusiyyətləri vurğulanıb.R.Mustafayev bu sahədə mövcud olan texnoloji yanaşmalar və qlobaliqtisadiyyata təsirləri barədə iştirakçıları məlumatlandırıb.

Məruzələr başa çatdıqdan sonra tədbir sual-cavab formatındadavam edib. Tələbələr və müəllim heyəti tərəfindən ünvanlananmüasir maliyyə alətləri, investisiya riskləri və rəqəmsaliqtisadiyyatın gələcəyi ilə bağlı suallar mütəxəssislər tərəfindənətraflı cavablandırılıb.

Görüşün xüsusi əhəmiyyətli məqamlarından biri də qonaqlarınfakültə kitabxanasına etdiyi töhfə olub. Master-klası keçirənmütəxəssislər tərəfindən tələbələrin istifadəsi üçün investisiya vəmaliyyə sahəsini əhatə edən dəyərli kitablar hədiyyə edilib.

Tədbirin sonunda iştirakçılar və qonaqlarla birlikdə gününxatirəsi olaraq xatirə şəkli çəkdirilib.

Gələcəyin
Gələcəyin
Gələcəyin
Seçilən
12
az.trend.az

1Mənbələr