Bakı.Trend:
Ucar rayonunda azyaşlının ana olması faktı ilə bağlıaraşdırmalara başlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindənməlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında Ucar Rayon PolisŞöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb və hazırdaistintaq tədbirləri davam etdirilir.
Məlumata əsasən, aprelin 14-ü saat 19:00 radələrində 2011-ci iltəvəllüdlü hamilə qız doğuş sancıları ilə Ucar Rayon MərkəziXəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Müayinələr zamanı ona31-32 həftəlik hamiləlik diaqnozu qoyulub.
Bildirilib ki, pasiyent həmin gün saat 20:20 radələrində cinsikişi olan, çəkisi 1900 qram, boyu 44 santimetr olan körpə dünyayagətirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalardavam etdirilir.