AZ

“Sülh olmadan inkişaf mümkün deyil, etimad və dialoq əsas şərtdir” DEPUTAT DANIŞDI

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Son dövrlər beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənlik və qarşıdurmalar artır. Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində vurğuladığı “yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır” tezisi əslində qlobal reallığın dəqiq təsviridir”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Nigar Məmmədova bildirib.

Onun sözlərinə görə, son illər dünyada baş verən hadisələr – regional münaqişələr, enerji təhlükəsizliyi ilə bağlı problemlər, böyük güclər arasında rəqabətin kəskinləşməsi iqtisadi və sosial sabitliyi sarsıdır:

”Bu baxımdan, dövlət başçımızın da qeyd etdiyi kimi, inkişaf nailiyyətləri davamlı risklər qarşısında həssasdır.

Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün bu kövrəklik daha qabarıq hiss olunur. Qlobal bazarlardakı qeyri-sabitlik, maliyyə resurslarına çıxışın çətinləşməsi ölkələrin sosial rifahına birbaşa təsir göstərir. Bu isə onu deməyə əsas verir ki, beynəlxalq əməkdaşlıq və çoxtərəfli mexanizmlər əvvəlkindən daha çox əhəmiyyət daşıyır.

Cənab Prezidentin müraciətində əsas mesaj ondan ibarətdir ki, dünyada sülh və sabitlik olmadan davamlı inkişaf mümkün deyil. Geosiyasi gərginlik yalnız siyasi münasibətləri deyil, həm də iqtisadi tərəqqini, sosial rifahı və humanitar təşəbbüsləri təhlükə altına alır. Bu səbəbdən dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, dialoqun genişləndirilməsi və beynəlxalq hüquqa hörmətin artırılması prioritet məsələyə çevrilməlidir.

Azərbaycanın mövqeyi də məhz bu prinsiplərə əsaslanır: balanslaşdırılmış xarici siyasət, regional əməkdaşlıq təşəbbüsləri və iqtisadi dayanıqlığın gücləndirilməsi. Bu yanaşma qlobal çağırışlar fonunda milli maraqları qorumaqla yanaşı, ümumi sabitliyə töhfə vermək məqsədi daşıyır.

Dünyanın mürəkkəb mənzərəsi onu deməyə əsas verir ki, əldə olunmuş inkişafı qorumaq üçün yalnız iqtisadi resurslar kifayət etmir. Bunun üçün sabit beynəlxalq mühit, effektiv əməkdaşlıq və davamlı sülh əsas şərtlərdir. Əks halda, illərlə qurulan nailiyyətlər qısa müddətdə risk altına düşə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sia.az

2Mənbələr