AZ

Bolt dan şikayət Məhsulu götürüb qaçdı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakıda fəaliyyət göstərən çatdırılma xidmətlərindən biri ilə bağlı diqqətçəkən hadisə qeydə alınıb. Məlumata görə, “Bolt” platformasında çalışan sürücülərdən biri müştəri tərəfindən ona etibar edilən məhsulu təyinat ünvanına çatdırmayıb. Bu cür hallar son dövrlərdə çatdırılma xidmətlərinə olan etimad məsələsini yenidən gündəmə gətirir. Hadisə həm müştəri hüquqları, həm də xidmət keyfiyyəti baxımından suallar doğurur. Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, sürücünün ona etibar edilən hər hansı əşyanı və ya əmlakı təyinat ünvanına çatdırmaması artıq onun hüquqi məsuliyyətini yaradır:"İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama anlayışı mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və dələduzluq yolu ilə özgə əmlakının talanmasını ehtiva edir. Bu kimi hallarda əməli törədən şəxsə 160 saatdan 240 saatadək ictimai işlər və ya işin hallarından və şəxsin vəziyyətindən asılı olaraq 3 ayadək inzibati həbs cəzası tətbiq edilə bilər. Əgər zərərin məbləği 500 manata qədərdirsə, bu inzibati məsuliyyət yaradır. Məbləğ 500 manatdan yuxarı olduqda isə artıq cinayət məsuliyyəti yaranır və həmin şəxs barəsində cinayət işi açılır. Bu halda əməl daha ağır hüquqi nəticələr doğurur və məsələ cinayət qanunvericiliyi çərçivəsində araşdırılır", - deyə o bildirib. Əfsanə Kamal 

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
demokrat.az

1Mənbələr