AZ

"ASAN müraciət”: 100-cü qurum inteqrasiya olundu

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi də “ASAN müraciət” informasiya sisteminə inteqrasiya olunub. 

Bununla da  sistemin iştirakçı qurumlarının sayı 100-ə çatıb. Bu mühüm mərhələ sistemin əhatə dairəsinin genişlənməsi və funksionallığının daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir.

"Cebheinfo.az" xəbər verir ki, yeni inteqrasiya nəticəsində artıq “ASAN müraciət” informasiya sistemi vasitəsilə açıq məkanlarda yerləşdirilən reklamlarla bağlı da müraciətlər ünvanla biləcək. İstifadəçilər aşağıdakı istiqamətlər üzrə müraciətlərini rahatlıqla təqdim edə bilərlər:

Vətəndaşlar “ASAN müraciət” informasiya sistemi vasitəsilə ictimai əhəmiyyət daşıyan problemlərlə bağlı müraciətlərini operativ şəkildə təqdim edə bilərlər. Daxil olan müraciətlər “ASAN müraciət” informasiya sisteminin əməkdaşları tərəfindən aidiyyəti qurumlara yönləndirilir. Əlavə məlumat üçün vətəndaşlar 9108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Seçilən
18
13
cebheinfo.az

10Mənbələr