AZ

Məktəbli sinif yoldaşının üstünə spirtli içki töküb yandırdı

Bakıdakı 286 nömrəli orta məktəbin doqquzuncu sinif şagirdi sinif yoldaşının üzərinə spirtli içki töküb alışqanla yandırıb.

2011-ci il təvəllüdlü yeniyetmə Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə yerləşdirilib. Ona başında, üzündə, boynunda, ön bədənində və hər iki yuxarı ətrafında ikinci və üçüncü dərəcəli yanıqlar diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır hesab olunur.

Hadisədə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Seçilən
27
veteninfo.az

1Mənbələr