AZ

“Saat 18.00 dan sonra yemək olmaz” qaydası yalnız bu şəxslər üçün KEÇƏRLİDİR

Bizim media saytına istinadən ain.az xəbər verir.

Gecə saatlarında qida qəbulu maddələr mübadiləsinə və yuxu keyfiyyətinə təsir göstərə bilər, lakin onun çəki artımındakı rolu çox vaxt şişirdilir.Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya”ya açıqlamasında dietoloq Anna Şeyfer bildirib.Onun sözlərinə görə, insanın maddələr mübadiləsi axşam saatlarında “sönmür”. Proses davam edir, lakin gecə saatlarında orqanizm daha çox bərpa rejiminə yönəlir, enerji sərfiyyatı isə azalır. Buna görə də yatmazdan əvvəl ağır və bol qida daha çətin mənimsənilir. Bununla belə, əsas amil yemək saatı deyil, gün ərzində qəbul edilən ümumi kalori miqdarıdır.

 

Mütəxəssis qeyd edib ki, axşam saatlarında fizioloji olaraq insulin səviyyəsi yüksəlir ki, bu da kalorili qidalara meyli artıra bilər. Xüsusilə insulinrezistentliyi olan insanlarda artıq kalorilər daha asan yağ ehtiyatı kimi toplanır. Metabolik baxımdan sağlam şəxslərdə isə əsas rol gün ərzində rasionun balanslı olmasına verilir.

Dietoloq vurğulayıb ki, çəkiyə nəzarət üçün qidalanma rejiminə əməl etmək vacibdir. Ən optimal variant şam yeməyinin yuxudan 3–4 saat əvvəl qəbul edilməsidir. Bu, həm həzmi asanlaşdırır, həm də artıq qidalanma riskini azaldır.Eyni zamanda, “saat altıdan sonra yemək olmaz” qaydasının universal olmadığı bildirilib. Bu qayda yalnız tez yatan insanlar üçün keçərlidir.Gec yatma rejimi olanlarda isə şam yeməyindən imtina gecə qəlyanaltılarına və nəzarətsiz qida qəbuluna səbəb ola bilər.Həkim axşam qidalanmasının yuxuya təsirinə də toxunub. Onun sözlərinə görə, yatmazdan əvvəl yağlı və ağır qidalar diskomfort, mədə yanması yarada və yuxu keyfiyyətini pisləşdirə bilər.Əksinə, yüngül şam yeməyi sabit yuxuya kömək edir və gecə aclıq hissinin qarşısını alır.Gec saatlarda aclıq hissi yaranarsa, yüngül qəlyanaltılara icazə verilir. Bunlara yoqurt, kəsmik, tərəvəzlər və az miqdarda qoz-fındıq daxildir. Günlük kalori norması qorunduğu halda, bu məhsullar fiqura mənfi təsir göstərmir.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

2Mənbələr