AZ

Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?

Bakı. Trend:

Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?

Qısa cavab: “Sığortanız yoxdursa, özünüz”.

Sığortası olmayan ev sahibi üçün leysan yağışı, su basması və yayanğın yalnız bir hadisə deyil, birbaşa maddi itkidir. Divarlar,parket, elektrik sistemi, mebel bunların hər biri zərər gördükdə,xərcini siz çəkirsiniz. Sığorta şirkəti isə ancaq müqavilə olduqdazərəri ödəyir.

Qanuna əsasən, mənzil sahiblərinin icbari əmlak sığortasıolmasımütləqdir. Bu sığorta yanğın, qaz partlayışı, qısaqapanma,təbii fəlakətlər (zəlzələ, fırtına, qasırğa, dolu, sel, daşqın, yersürüşməsi və leysan), nəqliyyat vasitələrinin vurması, subasma,kənar şəxsin vurduğu zərər, partlayış kimi 8 fövqəladə halıqarşılayır.

Bakı şəhəri üzrə icbari ev sığortasının illik qiyməti cəmi 50manat, regionlarda isə 30 manatdan başlayır. Ayda təqribən 4 manatabaşa gəlir. Evə dəyən zərər görə maksimal alacağınız məbləğ 25 000manat olacaq.

Evə dəyən zərərə görə daha çox ödəniş almaq istəyənlər üçünkönüllü əmlak sığortası daha sərfəlidir.

Könüllü sığortada alacağınız məbləğ 150 000 manat ola bilər.İllik ödəniş isə 79 manatdan başlayır.

Praktik hesab belədir: leysan nəticəsində baş verən ortasəviyyəli ziyan 10 000 – 25 000 manat arasında dəyişir. İcbarisığortanın illik haqqı isə həmin məbləğin heç 1% belə etmir.

İndi seçimi siz edin, ya ildə bir dəfə 50 manat ödəyərsiniz, yada hadisədən sonra minlərlə manat.

Məqalədə:
Seçilən
19
8
az.trend.az

9Mənbələr