AZ

AIDA ilə UNESCAP arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Aprelin 20-də xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində keçirilən BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində BMT-nin Baş katibinin müavini və UNESCAP-ın icraçı katibi Armida Salsiah Alişahbana ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Herbiand.az-a bildirilib ki, görüşdə Azərbaycanla UNESCAP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolu xüsusi vurğulanıb. Ölkəmizin 2023-cü ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunmuş Zirvə görüşünə sədrliyi, həmçinin 2024-cü ildə COP29-a uğurlu ev sahibliyi qeyd olunub.

Görüş zamanı UNESCAP və SPECA regionları arasında gələcək əməkdaşlıq imkanlarına toxunularaq, Orta Dəhliz çərçivəsində əməkdaşlığın strateji əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal inkişaflar və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə UNESCAP arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.



Seçilən
12
3
herbiand.az

4Mənbələr