AZ

"Azərbaycan dövləti və liderinə olan münasibət təsadüf hesab edilə bilməz" - Deputat

"Azərbaycan Respublikası özünün çoxvektorlu xarici siyasət kursunda hər zaman ümumbəşəri dəyərlərin rəhbər tutulması və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında digər dövlətlərlə münasibətlərin qurulmasını, o cümlədən nəinki bölgədə, bütövlükdə dünyada sülhün və sabitliyin bərqərar edilməsini hədəfləyir. Bu baxımdan hər zaman ölkəmiz dövlətlər və xalqlar arasında əməkdaşlığın dərinləşməsinə xidmət edən platformalarda nəinki fəal iştirak edir, üstəlik artıq yeni dünya nizamında əsas təşəbbüskarlardan biri kimi çıxış edir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi.

"Xüsusən İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərbi-siyasi qələbələri ilə Cənubi Qafqazda yaranan yeni reallıqda ölkəmizin artan nüfuzu və güclənən mövqeyi fonunda "Diplomatiyanın Davosu" hesab edilən Antalya Diplomatiya Forumunda Azərbaycan Respublikası hər zaman gözlənilən qonaq, Azərbaycan Prezidenti isə təcrübəsi arzulanan lider kimi qəbul edilib. Lakin danılmaz həqiqətdir ki, hazırda dünyada hərbi ritorika və silahlı qarşıdurma dialoq mühitindən daha irəli çıxa bilib və bu mənada, dinc normallaşma prosesinə apara biləcək bütün yollar, o cümlədən Antalya Diplomatiya Forumunun timsalında müzakirə masaları əslində ümumbəşəri dəyərlər üçün xilas sayıla bilər. Lakin dialoq mühitinə olan inamın itməsi, təbii ki, ciddi çətinliklər ortaya çıxarır və bu baxımdan Azərbaycanın hərbi-siyasi qələbələrinə əsaslanan cari sülh reallığı qlobal miqyasda öyrənilməsi vacib təcrübədir", - deyə o vurğuladı və əlavə etdi ki, Antalya Diplomatiya Forumunda Azərbaycan dövləti və liderinə olan münasibət təsadüf hesab edilə bilməz:

"Antalya Diplomatiya Forumu həm də Azərbaycan-Türkiyə münasibətlərinin cari inkişaf səviyyəsinin, o cümlədən Şuşa Bəyannaməsindən qaynaqlanan reallığın daha da güclənməsinin dünyaya nümayişi üçün mühüm platforma hesab edilə bilər. Bu mənada Azərbaycan və Türkiyə dövlət başçılarının görüşü və görüşdən sonra eyni avtomobildə məkanı tərk etmələri Azərbaycan və Türkiyənin əslində birliyinin daha da möhkəmlənməsinin simvolik siqnalı kimi dəyərləndirilməlidir".

Xədicə BAXIŞLI

Seçilən
3
2
redaktor.az

3Mənbələr