AZ

Ermənistanda Nestle məhsulu məhv edildi 9700 kq körpə qidası təhlükəli çıxdı

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda körpə qidası ilə bağlı ciddi qərar qəbul edilib.

Redaktor.az xəbər verir ki, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin məlumatına görə, "Nestle"nin NAN markalı körpə qidasının bir partiyası təhlükəli hesab edilərək məhv edilib.

Qurum bildirib ki, ümumilikdə 9700 kiloqram məhsul utilizasiya olunub.

news.am-ın məlumatına əsasən, bu qərar Rusiyada aparılan laborator analizlərin nəticələrindən sonra verilib. Testlərdə məhsul partiyalarında təhlükəli toksinlərin aşkarlandığı qeyd olunur.

Rəsmilər bildirib ki, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə bu cür məhsulların dövriyyədən çıxarılması davam etdiriləcək.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
redaktor.az

2Mənbələr