JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Landscape 1

“Gənclər üçün media savadlılığı və ifadə platforması” qrant layihəsi çərçivəsində təşkil olunan təlimlər plan üzrə uğurla davam edir.

Layihə çərçivəsində 14–17 yaş arası 30 şagirdin media savadlılığı üzrə bilik və bacarıqlarının artırılması məqsədilə nəzəri və praktik təlimlər həyata keçirilir. Bu məqsədlə informasiya mənbələrinin düzgün seçilməsi, dezinformasiyanın müəyyənləşdirilməsi, faktların yoxlanılması, sosial media etikası və təhlükəsiz rəqəmsal davranış qaydaları mövzularında interaktiv məşğələlər təşkil olunur. Təlimlər qrup işləri, müzakirələr və praktik tapşırıqlar əsasında aparılaraq şagirdlərin mövzuya fəal cəlb olunması təmin edilir.

Tədris prosesi zamanı şagirdlər müxtəlif media məhsullarını təhlil edir, öz məqalə və təqdimatlarını hazırlayır, eyni zamanda düzgün və məsuliyyətli ifadə bacarıqları formalaşdırırlar. Bu yanaşma onların tənqidi və yaradıcı düşüncə qabiliyyətlərinin inkişafına mühüm töhfə verir.

Xatırladaq ki, “Gənclər üçün media savadlılığı və ifadə platforması” qrant layihəsi 59 nömrəli tam orta məktəbdə Əliyeva Könül tərəfindən icra olunur və təlimlər Əjdər Hüseynovun iştirakı ilə proqram üzrə davam etdirilir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX