AZ

Naxçıvanda bir sıra çaylardan sel keçib


Naxçıvanda müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi məlumat yayıb. 
Bildirilib ki, Naxçıvançayın Qarababa, Gilançayın Nurgüt və Ordubadçayın Nüsnüs hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylardan sel sularının keçməsi qeydə alınıb.
Yağıntıların intensivliyi çay hövzələrində axımın sürətlə artmasına səbəb olub. Nəticədə bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli sel və daşqınlar müşahidə olunub.
Hazırkı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimalı qalır.
Seçilən
45
11
yeniavaz.com

10Mənbələr