AZ

FHN-in əməkdaşları yarışlarda yüksək nəticələr əldə etdilər

18-19 aprel 2026-cı il tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr, gənclər, böyüklər və masterlər arasında qol güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Çempionatda ölkənin şəhər və rayonlarından, klub və idman cəmiyyətlərindən 200-ə yaxın idmançı müxtəlif çəki dərəcələrində mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in qol güləşi üzrə yığma komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar.

Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət çavuşu Sənan Şükürov 86kq çəki dərəcəsində sağ qol üzrə bütün rəqiblərinə qalib gələrək qızıl, sol qolda isə gümüş medal qazanmağı bacarıb.

Bundan əlavə, komandanın digər üzvü, Sumqayıt Regional Mərkəzinin əməkdaşı mayor Rəşad Hacıyev +105kq çəki dərəcəsində master kateqoriyasında sağ qol ilə mübarizə apararaq çempionatın gümüş medalına layiq görülüb.

Seçilən
16
6
publika.az

7Mənbələr