Direktor olmaq istəyənlərə ŞOK XƏBƏR
Bu barədə Ajans.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilir ki, direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi çərçivəsində, müsabiqənin qaydalarına uyğun olaraq təhsil və staj tələblərini ödəyən, lakin sertifikatlaşdırma, diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi üzrə nəticəsi olmayan və ya müəyyən edilmiş tələblərdən aşağı nəticə göstərən direktorlar, direktor müavinləri, həmçinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar üçün ixtisas biliklərinin yoxlanılması məqsədilə test imtahanı keçiriləcək.