AZ

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Elçin Əmirbəyov

2015-ci ildə Azərbaycan ilə Çexiya arasında Strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiyaya səfəri çərçivəsində "Euro" jurnalına müsahibəsində bildirib.

Müsahibədə Azərbaycan–Çexiya əməkdaşlığı, Orta Dəhlizin artan əhəmiyyəti və Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilməsi məsələləri müzakirə olunub.

Əmirbəyov vurğulayıb ki, Orta Dəhliz Avropanın yeni bazarlara çıxışı baxımından getdikcə daha böyük əhəmiyyət qazanır. Onun sözlərinə görə, Cənubi Qafqaz regionu və Azərbaycan bu marşrutun əsas hissəsini təşkil edir və Avropa ilə Asiya arasında bağlantının gücləndirilməsində mühüm rol oynayır.

Seçilən
1
3
aznews.az

2Mənbələr