ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq rəssamı Fərhad Xəlilov əsərlərini Bakıda satmadığını deyib.
Ölkə.az xəbər verir ki, o bu barədə "Report"a müsahibəsində danışıb.
F.Xəlilov əsərlərini daha çox xarici auksionlarda satdığını bildirib.
"Çünki başa düşürəm ki, Bakıda o qiymətə əsər sata bilmərəm, mümkün deyil, başqa tərəfdən isə, qiyməti də sala bilmərəm".
Xalq rəssamı əsərlərə verilən böyük qiymətlərlə bağlı da fikirlərini bölüşüb.
"Dünya dəli deyil ki, filan əsərə milyonlar verir. Əsər bu gün filan qiymətədirsə, alırsansa, o pul batmır, sabah onun qiyməti bahadan baha olacaq. Əsər olub ki, 1000 manata alınıb, mən ona baxmışam, demişəm ki, buna bu dəqiqə 5000 verərəm".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.