AZ

Pezeşkiandan Trampa cavab: “İran xalqı boyun əyməz”

İran prezidenti Məsud Pezeşkian ABŞ-la bağlı sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, o, Vaşinqtonun Tehrana qarşı yanaşmasını tənqid edərək, bunun konstruktiv dialoqdan uzaq olduğunu bildirib.

Pezeşkian qeyd edib ki, öhdəliklərə əməl olunması real və mənalı danışıqların əsasını təşkil etməlidir. Lakin onun sözlərinə görə, ABŞ hökumətinin davranışı İran cəmiyyətində dərin tarixi etimadsızlığı daha da gücləndirir.

İran prezidenti vurğulayıb ki, ABŞ rəsmilərinin verdiyi ziddiyyətli siqnallar əslində başqa bir mesajı gizlədir: “Onlar İranın kapitulyasiyasını istəyirlər. Amma İran xalqı heç vaxt gücə boyun əymir.”


Musavat.com

Seçilən
52
4
musavat.com

10Mənbələr