Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Gəncədə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2008-ci il təvəllüdlü Ü.Pənahovu vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan gənc dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.