AZ

Premyer Liqa klubunda yeni baş məşqçi

Mövsümün sonunda Andoni İraola ilə yolların ayrılacağını açıqlayan "Bornmut" yeni baş məşqçisi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisini Marko Roze çalışdıracaq. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
 

Almaniyalı mütəxəssislə 2028/2029 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. 49 yaşlı məşqçi mövsüm başa çatdıqdan sonra işə başlayacaq.


Qeyd edək ki, Marko Rozenin son iş yeri "Leypziq" olub. O. 2025-ci ilin martında Almaniya klubundan ayrılıb.

Bizim.Media

Seçilən
11
1
bizim.media

2Mənbələr