AZ

Bu ərazilərdə su kəsildi

Sumqayıt şəhərinin bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Musavat.com xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar bu gün səhər saat 09:00-dan axşam saatlarınadək suyun verilişi dayandırılacaq.

“Məhdudiyyət Sumqayıt şəhərinin 9, 10, 34, 40, 45 və 47-ci məhəllələrini, eləcə də 1, 2 və 4-cü mikrorayonların bəzi hissələrini əhatə edəcək. Bundan əlavə, 5, 6, 11, 12, 13 və 17-ci (9 mərtəbəli binalar) mikrorayonlarda da su təchizatında fasilə yaranacaq”, - deyə məlumatda qeyd edilib.

Seçilən
21
20
musavat.com

10Mənbələr