ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
ABŞ və İran arasında keçiriləcək ikinci raund danışıqların əsas mövzuları uranın zənginləşdirilməsi və Tehranın Hörmüz boğazına nəzarətdə rolu olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi rəsmi şəxslərə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər arasında müzakirələrdə xüsusilə enerji təhlükəsizliyi və regionda strateji balans məsələləri ön plana çıxacaq.
Eyni zamanda qeyd olunur ki, İranın raket proqramının müzakirəsi bu mərhələdə ikinci plana keçə bilər. Region ölkələrinin nümayəndələri isə xəbərdarlıq edir ki, danışıqların yeni strategiyası İranın Yaxın Şərqin enerji təchizatı üzərində təsirini daha da gücləndirə bilər.
Onların fikrincə, enerji və təhlükəsizlik baxımından ən həssas ölkələr qərarların qəbulunda formal şəkildə iştirak etməyə bilər.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.