AZ

Bakı metrosunda bəzi sistemlər yenilənəcək

Bakı. Trend:

Azərbaycan hökumətinin təşəbbüsü ilə həyata keçiriləcək “BakıMetropoliteninin Siqnallaşdırmanın Modernləşdirilməsi vəƏməliyyatların Rəqəmsallaşdırılması Layihəsi” çərçivəsində Asiyaİnkişaf Bankı (AİB) tərəfindən erkən bazar müzakirəsi (Early MarketEngagement – EME) tədbiri elan edilib.

Trend bubarədə AİB-ə istinadən xəbər verir.

Layihə 59447-001 nömrəsi ilə qeydiyyatdan keçib və icraçı qurum“Bakı Metropoliteni” QSC-dir. Bildiirlib ki, tədbirə maraq göstərənbütün şirkət və təşkilatlar qatılmaq üçün dəvət olunur.

Tədbir 30 aprel 2026-cı il, saat 14:00–16:00 (Bakı vaxtı)tarixində onlayn formatda, “Microsoft Teams” platforması üzərindənkeçiriləcək. Görüşdə Asiya İnkişaf Bankı və Asiya İnfrastrukturİnvestisiya Bankı nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Vurğulanıb ki, layihənin əsas məqsədi Bakı metrosundasiqnallaşdırma sistemlərinin müasirləşdirilməsi və əməliyyatproseslərinin rəqəmsallaşdırılmasıdır. İlkin hesablamalara görə,layihənin ümumi dəyəri təxminən 350 milyon ABŞ dolları təşkil edir.Maliyyələşdirmənin əsas hissəsinin Asiya İnkişaf Bankı tərəfindəntəmin olunacağı, əlavə olaraq Asiya İnfrastruktur İnvestisiyaBankının birgə maliyyələşdirməsinin nəzərdən keçirildiyibildirilir.

Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsiplanlaşdırılır:

1. Müasir, o cümlədən CBTC əsaslı qatar idarəetmətexnologiyalarının tətbiqi ilə siqnallaşdırma sistemlərininyenilənməsi;

2. Müasir Əməliyyatlara Nəzarət Mərkəzinin (OCC)yaradılması;

3. Metro əməliyyatları və aktivlərin idarə olunması üçünrəqəmsal sistemlərin tətbiqi;

4. Rabitə, monitorinq və kibertəhlükəsizlik sistemlərinininteqrasiyası;

5. Mövcud metro infrastrukturunda rəqəmsal həlləringenişləndirilməsi;

6. Layihə idarəetməsi və texniki nəzarət üzrə məsləhətxidmətləri.

Qeyd edilib ki, erkən bazar müzakirəsinin keçirilməsində məqsədpotensial podratçıların, texnologiya təchizatçılarının, sisteminteqratorlarının və məsləhətçilərin imkanlarını öyrənmək, həmçininlayihənin texniki yanaşması və satınalma strategiyasınıtəkmilləşdirməkdir.

Əlavə edilib ki, tədbirdə iştirak şirkətlərə layihənin ilkinkonsepsiyası ilə tanış olmaq, mümkün satınalma yanaşması və vaxtqrafiki barədə məlumat əldə etmək, həmçinin beynəlxalq təcrübəyəəsaslanan rəy və təkliflərini bölüşmək imkanı verəcək.

Qeyd olunub ki, bu tədbirdə iştirak rəsmi tender prosesindəiştirak anlamına gəlmir. Gələcək satınalmalar Asiya İnkişaf Bankıqaydalarına uyğun həyata keçiriləcək və iştirak üçün ölkəməhdudiyyəti olmaya bilər.

Tender prosesinə 2026-cı ilin üçüncü rübündə başlanmasıgözlənilir.

Tədbirdə iştirak etmək istəyən şirkətlər 23 aprel 2026-cı il,saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən iştirakçılara onlayn görüşlinki və əlavə məlumatlar əvvəlcədən təqdim olunacaq.

Seçilən
95
2
az.trend.az

3Mənbələr