AZ

"Aqrar İnnovasiya və Təzhizat" şirkətinin keçmiş əməkdaşı yenidən məhkəmə qarşısında

"Aqrar İnnovasiya və Təzhizat" şirkətinin Qazax rayonu üzrə satış mərkəzində satıcı-anbardar vəzifəsində çalışmış Elvin Məmmədlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məlumata görə, Elvin Məmmədli şirkətin 104 074 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

 

Cinayət işinin məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmə prosesi zamanı Elvin Məmmədli verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

 

O, deyib ki, şirkətin satış üçün ona təqdim etdiyi məhsullar sonradan bahalaşıb. Şirkət ondan məhsulların pulunu yeni qiymətlərlə tələb edib. Bu baxımdan, onun 99 000 manat borcu yaranıb. Bundan əlavə, o, şəxsi təsərrüfatı üçün şirkətdən 25 000 manat dəyərində gübrə alıb. Bahalaşma olanda şirkət ondan aldığı məhsula görə 41 000 ödəniş etməli olduğunu bildirib.

 

Qısası, Elvin Məmmədli dələduzluq etmədiyini, sadəcə bahalaşama səbəbindən şirkətə borclu qaldığını bildirib. Bununla belə, məhkəmə Elvin Məmmədlini verilmiş ittiham üzrə təqsirli bilib. O, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 21 Aprel 2026, 10:58   
Seçilən
32
21
pravda.az

10Mənbələr