AZ

Lamin Yamal daha bir nüfuzlu mükafata layiq görüldü

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Barselona"nın futbolçusu Lamin Yamal nüfuzlu Laureus mükafatının "İlin Ən Yaxşı Gənc İdmançısı" nominasiyasın qalib olub. Sport24.az xəbər verir ki, mükafat dünən Madriddə keçirilən mərasimdə 18 yaşlı vingerə təqdim edilib.

"Bu mükafatı aldığım üçün çox xoşbəxtəm. Bu, böyük şərəfdir. Akademiyaya, ailəmə, hazırda evdə qardaşımla birlikdə olan anama, atama, nənəmə, komanda yoldaşlarıma və həmişə yanımda olan bütün komandaya təşəkkür etmək istəyirəm. Çox xoşbəxtəm və ümid edirəm ki, bu, mənə eyni ruhda davam etməyə kömək edəcək. Hələ qarşıda uzun bir yol var", - Yamal deyib.

Qeyd edək ki, Yamal ötən il "İlin Ən Yaxşı Nailiyyəti" mükafatını alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
13
sport24.az

10Mənbələr