AZ

Aqrar sığorta fəaliyyəti üzrə ekspert sertifikatı almaq istəyənlərin NƏZƏRİNƏ!

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Aprelin 26-da Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən və Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı təşkil edəcək.

Mərkəzdən "Unikal"a bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil ediləcək.

İmtahan vermək üçün 23 nəfər müraciət edib.

Namizədlər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
15
unikal.az

9Mənbələr