AZ

Vəkillər qadın və yeniyetmə məhkumlara hüquqi yardım göstəriblər

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs olunmuş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi həyata keçirilir.

Bu barədə XQ-yə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, bu çərçivədə Qadın Vəkil Alyansının üzvləri tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində ümumilikdə 35 nəfərə yaxın qadın və 10 nəfərə yaxın yeniyetmə məhkum qəbul edilib, onların müraciətləri dinlənilib, müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib və sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
4
xalqqazeti.az

5Mənbələr