AZ

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib

İranın Ali lideri Müctəba Xamenei ölkənin nümayəndə heyətinin ABŞ ilə Pakistanın paytaxtı İslamabadda danışıqlarda iştirakına razılıq verib.

 

Bu barədə “Axios” anonim mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, Ağ Ev dünən gün ərzində rəsmi Tehranın görüşün keçirilməsinə razılıq verməsini gözləyib.

 

Bildirilib ki, SEPAH İran rəsmilərinə ABŞ-ın dəniz blokadasını ləğv etməyənə qədər danışıqlara getməməsi üçün təzyiq göstərib.

 

Pakistan, Misir və Türkiyə rəsmiləri isə İranı danışıqlara getməyə təşviq edib.

 

Nəticədə Ali Rəhbərdən təsdiq gözlənilib. Müctəba Xamenei dünən axşam danışıqlar üçün nümayəndə heyətinin Pakistana göndərilməsinə razılıq verib.

 

Bununla yanaşı, o da vurğulanır ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla müharibənin başa çatdırılması üzrə potensial razılaşma barədə danışıqlar aparmaq üçün aprelin 21-i səhər İslamabada yola düşəcək. Yeri gəlmişkən, aprelin 20-də ABŞ Prezidenti Donald Tramp Vensin və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun İranla danışıqların yeni raundunun keçirilməsinə hazırlıq üçün İslamabada yola düşdüyünü bildirmişdi.

Seçilən
29
50
senzor.az

10Mənbələr