AZ

Birinci rübdə Azərbaycanın şəkər ixracından gəliri 28 milyon dollara yaxınlaşıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 27,9 milyon ABŞdolları dəyərində 42,5 min ton şəkər ixrac edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 21,7 milyon ABŞ dolları və ya 4,5 dəfə, həcm baxımındanisə 33,4 min ton və yaxud 4,7 dəfə çoxdur.

Şəkər ixracı ölkənin bu ilin yanvar-mart aylarının ümumi məhsulixracında 0,52%, qeyri-neft sektoru üzrə ixracında isə 3,24% payamalik olub.

Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,bu ilin yanvar-mart aylarında Azərbaycanda 75,9 min ton şəkər vəqənd istehsal edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü iləmüqayisədə 9,7 min ton və ya 14,6% çoxdur.

Bu ilin aprelin 1-i vəziyyətinə ölkədə sənaye müəssisələrininanbarlarında hazır 14,1 min ton şəkər ehtiyatı var.

Məqalədə:
Seçilən
44
50
az.trend.az

10Mənbələr