AZ

İran müharibəsi tarixin ən böyük enerji böhranını yaradıb - Fatih Birol

Bakı.Trend:

İran, ABŞ, İsrail arasında yaşanan münaqişə dünyanın üzləşdiyiən pis enerji böhranını yaradır.

Trend xaricimediaya istinadən xəbər verir ki, bunu Beynəlxalq EnerjiAgentliyinin rəhbəri Fatih Birol Fransanın yerliradiostansiyalarından birinə müsahibəsində deyib.

“Bu, həqiqətən də tarixin ən böyük böhranıdır. Rusiya ilə bağlıneft və qaz böhranının təsirlərini də buna qatsaq, vəziyyət artıqson dərəcə ciddidir”, – o bildirib.

Birol bu ayın əvvəlində bildirmişdi ki, qlobal enerjibazarlarında mövcud vəziyyət 1973, 1979 və 2022-ci illərdəkiböhranların məcmu təsirlərindən daha ağırdır.

Qeyd edək ki, Yaxın Şərqdəki müharibə qlobal neft vəmayeləşdirilmiş təbii qaz axınlarının beşdə birinin keçdiyi Hörmüzboğazında dəniz nəqliyyatını ciddi şəkildə məhdudlaşdırıb.

Xatıladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Seçilən
48
16
az.trend.az

10Mənbələr