AZ

Xaçmaz sakini bədbəxt hadisə nəticəsində ölüb

Xaçmaz, 21 aprel, AZƏRTAC

Qırx yaşlı Xaçmaz sakini bədbəxt hadisə nəticəsində ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Çinartala kənd sakini Zahid Nağıyev köhnə hamam otağını sökərkən tikilinin dam örtüyü üzərinə aşıb. Beton hissələrin altında qalan Z.Nağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Elxan Yusifli

Seçilən
56
azertag.az

1Mənbələr