AZ

Üç güləşçimizin Avropa bürüncü şansı

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start verilib.

İlk yarış günündə 55, 63, 77, 87 və 130 kiloqramda çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Rəşad Məmmədov (55 kq) 1/4 finalda rusiyalı Avropa çempionu və dünya mükafatçısı Emin Seferşayevə 0:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz bu gün bürünc medal uğrunda güləşəcək. Rəqib türkiyəli Ömər Rəcəp olacaq.

Ziya Babaşov (63 kq) debütdə türkiyəli 2 qat Avropa çempionu Kərəm Kamala uduzub – 0:8.

Sənan Süleymanov (77 kq) belaruslu Şuay Mamedovu vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 9:0. Ancaq 1/4 finalda macarıstanlı Robert Fritşə minimal fərqlə məğlub olub – 5:6.

İslam Abbasov (87 kq) polşalı Arkadiuş Kuliniçlə (3:1) norveçli Eksos Mukubuya (4:3) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı Semyon Novikova məğlub olan (0:4) güləşçimiz bu gün bürünc medal uğrunda güləşəcək. Rəqib Valtteri Latvala (Finlandiya), Maryan Kola (Albaniya) və ya Doğan Kaya (Türkiyə) olacaq.

Beka Kandelaki (130 kq) albaniyalı Qriseldi Kodraya tam üstünlüklə (11:0), almaniyalı Yello Krahmerə isə minimal fərqlə (3:2) qalib gələrək yarımfinala adını yazdırıb. Macarıstanlı Dariuş Vitekə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan təmsilçimiz bu gün bürünc medal uğrunda güləşəcək. Rəqib Sulxan Buidze (Gürcüstan) – Mixaylo Vişnivetski (Ukrayna) qarşılaşmasının qalibi olacaq.

Qabil YUSİFOĞLUXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
xalqqazeti.az

3Mənbələr