AZ

Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və İran arasında davam edən gərginlik regionda irimiqyaslı nəqliyyat layihələrinin gələcəyini çətinləşdirir.

KONKRET.az xəbər verir ki, xüsusilə, İranla sərhədə yaxın ərazilərdən keçməsi planlaşdırılan TRIPP marşrutunun reallaşması bir sıra risklərlə üz-üzədir.

Karnegi Mərkəzinin eksperti Tomas de Vaalın sözlərinə görə, layihənin taleyi əsasən ABŞ–İran qarşıdurmasının necə inkişaf edəcəyindən asılı olacaq.

O, bildirib ki, münaqişə uzandıqca alternativ ideyalarla çıxış edən ölkələrin fəallığı artacaq. Bu kontekstdə Rusiya və Gürcüstanın rolu xüsusilə diqqət çəkir.

Ekspert qeyd edib ki, son dövrlərdə Bakı ilə Moskva arasında müşahidə olunan yaxınlaşma təsadüfi deyil. Eyni zamanda, Gürcüstan regionun əsas tranzit qovşağı olaraq əhəmiyyətini qoruyur. Prezident İlham Əliyevin bu yaxınlarda Gürcüstana səfəri də bu baxımdan diqqətəlayiq hesab olunur.

De Vaalın fikrincə, İranın TRIPP layihəsinin qarşısını almaq üçün müəyyən rıçaqları var. Lakin həlledici amil münaqişənin nəticəsi olacaq.

Ekspert əlavə edib ki, bu cür qeyri-müəyyənlik investorların layihəyə marağını azalda bilər.

Rusiyanın mövqeyinə toxunan de Vaal bildirib ki, Moskva hazırda hər vəziyyətdən maksimum fayda götürməyə çalışır.

Onun sözlərinə görə, TRIPP layihəsi həyata keçirilsə, Rusiya bundan yararlanmağa və ABŞ-la əməkdaşlıq etməyə hazır olacaq. Əks halda isə Moskva özünün İranla daha yaxşı əlaqələrini önə çəkərək alternativ tərəfdaş kimi çıxış edə bilər.

Buna baxmayaraq, ekspert hesab edir ki, ABŞ administrasiyasının TRIPP layihəsinə marağı azalmayıb. Layihə Ağ Ev və xüsusilə Donald Tramp üçün böyük əhəmiyyət daşıyır. Onun adını daşıyan bu təşəbbüs həm də siyasi nüfuz məsələsi kimi qiymətləndirilir. ABŞ-ın planın uğurla həyata keçirilməsi üçün ciddi səylər göstərməsi gözlənilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
konkret.az

3Mənbələr