BAKI, 21 aprel. TELEQRAF
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması bizim üçün olduqca vacibdir.
Teleqraf xəbər verir ki, bunuAvropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentiKaya Kallas qurumun xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün keçiriləcək müzakirələrin əsas hissəsi Ermənistan və Azərbaycana həsr olunacaq:
"Biz, həmçinin Ermənistan üçün yeni missiyanı və bu ölkənin Azərbaycanla münasibətləri istiqamətində gələcək fəaliyyətimizi müzakirə edəcəyik".