AZ

ABŞ ilə müharibə bitdi: Daxildə savaş başlayır

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran hakimiyyəti daxilində ciddi fikir ayrılıqları yaranıb. 

İran KİV-lərinin məlumatına görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İranın xarici işlər naziri Abbas Əraqçi ilə İslam İnqılabı Keşikçiləri Korpusunun rəhbərləri arasında gərginlik yaşanır. 

Qeyd olunur ki, Qalibaf və Əraqçi SEPAH-ın komandanı Əhməd Vahidini tənqid edib. Hər iki şəxs Vahidinin ABŞ ilə danışıqlara və anlaşmaya mane olduğunu və ölkəni uçuruma apardıqlarını qeyd edirlər. Lakin SEPAH komandanlığı da öz növbəsində Qalibafı və Əraqçini assimetrik müharibə taktikasında İranın siyasətini zəiflətməkdə günahlandırır.

Qalibaf hesab edib ki, SEPAH-da bir qrup şəxs ölkəni uçuruma aparır. SEPAH -da isə belə bir narahatlıq yaranıb ki, ABŞ-yə həddən artıq güzəştin edilməsi rejimin çökməsinə gətirib çıxara bilər. 

Eyni zamanda, SEPAH Liviya və Ukraynanı nümunə göstərib. Əraqçi və Qalibaf isə bu mövqeyi uyğun hesab etməyib. Buna baxmayaraq, SEPAH-ın təhdidlərindən sonra Qalibaf publik çıxışlarında mövqeyini sərtləşdirib. 

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu “Cebheinfo.az” – a şərhində qeyd edib ki, İranda daxili fikir ayrılıqları yeni hal deyil. “Bu, ölkə daxilində uzun müddətdir ki, davam edir. Dini liderlərin, bəzi siyasi kadrların, eləcə də İranın nüfuzlu siyasi xadimi olan Əli Laricaninin öldürülməsi hakimiyyət daxili qarşıdurmanın bariz nümunəsidir. 

Onların öldürülməsini İsrailin hücumunun nəticəsi kimi qələmə vermək doğru deyil. Bu, içəridən idarə olunan və içəridən koordinatları ötürülən bir əməliyyatın nəticəsi idi. ABŞ və İsrail bunun sahəsində uğurlu hərbi əməliyyatlar həyata keçirdilər”.

 R.Hafizoğlu bildirib ki, Qalibaf və Əraqçinin ABŞ ilə danışıqlara rəhbərlik edəcəyi əvvəlcədən bəlli idi: 

“Hər iki şəxs ABŞ ilə dialoqun aparılmasının tərəfdarıdırlar. SEPAH-a gəlincə, qeyd edim ki,  komandanlar özbaşına hərəkət etmirlər. SEPAH-ın idarə olunmasında və bu qurumun qərarlarında ali lider, belə demək mümkünsə, Seyid Əli Xameneyi çox mühüm rol oynayıb. 

İndi isə onun varisi Müctəba Xameneyi bu rolu öz üzərinə götürüb. Ölkə konstitusiyasına görə, ali lider Dini Şura tərəfindən seçilir və xalqa ölkənin islam inqılabı ideologiyasına uyğun idarə olunduğu kimi təqdim olunur, amma Xameneyi ailəsi İran özlərinə məxsus tərzdə idarə edirlər. SEPAH – ın özü də Xameneyi ailəsinə tabedir. 

İranın siyasi idarəetmə sistemində SEPAH-dan daha çox Xameneyinin personaji önəm kəsb edir. Nə Qalibaf, nə də Əraqçi Müctəba Xameneinini tənqid edə bilərlər və belə bir addım onların məhvinə səbəb olar. Bu baxımdan, onlar dolayı yolla SEPAH komandanlığını tənqid edilər”.

 R.Hafizoğlu əladə edib ki, SEPAH ilə hakimiyyətin siyasi qanadı arasında uçurum dərinləşəcək: “İranı çox ciddi dəyişikliklər gözləyir. Zamanla bu, özünü göstərəcək. 

Xüsusilə vurğulayım ki, SEPAH, həmçinin “Bəsic” bugünkü müasir dünya standartları, hətta İran reallıqları ilə ayaqlaşmayan və “soyuq müharibə”nin məhsulu olan qurumdur”. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Açar sözlər:

SEPAH Rufiz Hafizoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
50
cebheinfo.az

10Mənbələr