Bakı. Trend:
Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusiproqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlufoto, video və ya audio materialları hazırlama və ya yayma cinayəthesab ediləcək.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onungörüntüsündən və ya səsindən istifadə etməklə süni intellekttexnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsiləpornoqrafik və ya seksual məzmunlu foto, video və ya audiomaterialları hazırlama və ya həmin materialları mediada, kütləvinümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və yainformasiya-telekommunikasiya şəbəkələrində yayma 3 ildən 7ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraqüçüncü oxunuşda qəbul edilib.