AZ

Moskva metrosunda hərəkət DAYANDI

Rusiyanın paytaxtdında metroda h

Milli.Az TASS-a istinadən xəbər verir ki, paytaxtın nəqliyyat departamenti və metropoliten rəhbərliyi insidentin texniki nasazlıq səbəbindən baş verdiyini açıqlayıb.

Moskva Metropoliteni rəisinin müavini Yuliya Temnikova bildirib ki, bəzi media kanallarında yayılan "qatarın relsdən çıxması" barədə xəbərlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, "Sokolniki" - "Park Kulturı" xətdində hərəkətin dayanmasına əsl səbəb qatarın üçüncü vaqonunda yaranmış texniki nasazlıqdır.

Qeyd olunub ki, həmin qatar istehsalçı şirkətin servis xidmətində olub.

Hadisə zamanı sərnişinlərin təhlükəsizliyinə heç bir təhdid yaranmayıb və xəsarət alan olmayıb. Metropoliten əməkdaşları sərnişinlərin qatardan təxliyə edilərək stansiyaya çatdırılmasına kömək ediblər. Hazırda mütəxəssislər hərəkətin bərpası istiqamətində işləri davam etdirirlər.

Sərnişinlərin daşınmasını təmin etmək məqsədilə "Çerkizovskaya" və "Komsomolskaya" stansiyaları arasında pulsuz "KM" avtobusları xəttə buraxılıb. Digər metro xətləri və yerüstü nəqliyyat vasitələri ştat rejimində fəaliyyət göstərir.

Milli.Az

Seçilən
10
2
milli.az

3Mənbələr